5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Zaqatala rayon Mədəniyyət mərkəzində konsert proqramı təşkil olunub.
Ümumtəhsil məktəblərinin müəllimlərinin, mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva çıxış edərək müəllimləri təbrik edib. Sonra “Şərq” instrumental ansamblının müşayiəti ilə Əfqan Hudulov, Arzu Məsimova və Rauf Nuriyevin ifasında musiqi nömrələri təqdim olunub.
Tədbirdə uzunmüddətli səmərəli fəaliyyətinə görə Uşaq incəsənət məktəbinin müəllimi Sevil Süleymanova Mədəniyyət və Turizm şöbəsinin fəxri fərmanı ilə mükafatlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar