Beyləqan rayon I Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyində gənclərin iştirakı ilə “Qəhrəmanların izi ilə” adlı tədbir keçirilib. Tədbirdə gənc əsgər və zabitlər iştirak ediblər.
Müdafiə Nazirliyinin təşkilatçılığı və rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə nazirliyin idarə rəisinin müavini, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Gəray Əsədovun keçdiyi qəhrəmanlıq yolundan söz açıb.
Bu ilin aprelində Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev, Gəray Əsədovun bacısı Güllü Əsədova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev və başqaları çıxış edərək hərbi vətənpərvərlik mövzusunda tədbirlərin daha tez-tez keçirilməsinin vacibliyini bildiriblər.
Tədbir iştirakçıları muzeylə tanış olublar. Sonda Abdulla Qurbani kitablarını Gəray Əsədovun xatirə muzeyinə hədiyyə edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar