Zərdab rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi fiziki qüsurlu uşaqlarla görüş keçirib. Rayondakı Uşaq və ailələrə dəstək mərkəzində keçirilən görüşdə kitabxananın əməkdaşları tərəfindən nağıl kitablarından, jurnallardan və uşaq ədəbiyyatlarından ibarət sərgi təşkil edilib. Kitabxanaçı Nisə Qasımova uşaqlara sərgilənən ədəbiyyatlardan nümunələr oxuyub. Uşaqlar hekayə, nağıl parçalarını maraqla dinləyiblər, şeir söyləyib, rəqs ediblər.
* * *
Şamaxı rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi 1 və 2 saylı Uşaq bağçası-körpələr evlərində növbəti “Nağıl saatı” təşkil edib. Şöbənin işçiləri balacalara “Yaxşılığa yaxşılıq” və “Bulud” nağıllarını oxuyublar. Tədbirdə multimedia nəşrlərinə baxış keçirilib. “Səsli nağıllar toplusu”ndan nağıllar səsləndirilib.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin oxu zalında 7 saylı körpələr evi-uşaq bağçasının fidanları üçün səsli nağıllar kitabları ilə tanışlıq tədbiri keçirilib. Şöbənin müdiri Zərəfşan Yasinova uşaqlara səsli nağıllar kitabları haqqında məlumat verib. Uşaqlar müxtəlif maraqlı nağıllara həvəslə qulaq asıblar, sonra nağıl qəhrəmanları barədə verilən sualları cavablandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar