Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasında “Multikulturalizm ili” ilə əlaqədar “Hamımız bir günəşin zərrəsiyik” adlı oxucu konfransı keçirilib.
Tədbirdə MKS-nin direktoru G.Əhmədova, direktor müavini A.Əfəndiyeva çıxış edərək ölkəmizdəki multikultural zənginlikdən söz açıb, Qax rayonunda da müxtəlif millətlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığını vurğulayıblar.
“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” və “Ədəbiyyatımızda multikultural dəyərlər” adlı məruzələr dinlənilib.
Tədbirdə çıxış edən gürcü xalqının nümayəndələrindən Nina Kulaşvili, Genrietta Canaşvili rayonda yaşayan milli etnik tərkiblərin mehribanlıq və dostluğundan bəhs ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar