Qusar rayon Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov, MKS-nin direktoru Zahir Mustafayev, Tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış ediblər. Çıxışlarda ölkəmizdə tolerantlıq ənənələrindən söz açılıb, multikultural dəyərlərin qorunmasının vacibliyi vurğulanıb.
İştirakçılar yerli yazarların əsərlərindən ibarət sərgiyə baxıblar.
* * *
Lerik rayonunun Bradi kənd klubunda “El bilir ki, sən mənimsən...” adlı tədbir keçirilib. İcra Hakimiyyətinin Daster ərazisi üzrə nümayəndəsi Aydın Nəcəfov, Daster kənd məktəbinin müəllimi Tural Əliyev, Bradi kənd sakinləri Adil Hüseynov, Güloğlan Babayev, Teyyub Qurbanov Azərbaycanda yaşayan ayrı-ayrı xalqların mehriban birgəyaşayışından bəhs ediblər.
Tədbirin bədii hissəsində məktəblilər Səməd Vurğun, Süleyman Rüstəm, Cabir Novruz və Məmməd Arazın yaradıcılığından vətənsevərlik ruhlu nümunələr səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar