Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf edilmiş klassik musiqi konserti keçiriləcək. Azərbaycan xalqının ümummilli liderinin vəfatının 11-ci ildönümü ilə əlaqədar təşkil olunan musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor - Xalq artisti Rauf Abdullayev) çıxış edəcək. Proqramda görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Niyazinin əsərlərindən parçalar səslənəcək.
Xatirə mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət, incəsənət, ədəbiyyat, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.