Qazax rayon MKS-nin təşkilatçılığı ilə Yuxarı Salahlı kənd kitabxana filialı kənd Folklor evində ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anadan olmasının 125 illiyi ilə əlaqədar “Fəxr yerimiz” adlı ədəbi kompozisiya keçirib.
Tədbirdə Z.Mahmudov adına kənd tam orta məktəbinin müəllim və şagirdləri, fəal oxucular, mədəniyyət işçiləri iştirak etdilər.
Kitabxana filialının müdiri Tamam Cəfərova, mədəniyyət işçilərindən Məktubə Qocayeva, Nuranə Hacıeyyubova F.Qayıbovun həyat və döyüş yolu haqqında danışıblar.
Şagirdlər vətənpərvərlik mövzulu şeirlər söyləyiblər. Sonda “Fərrux ağa Qayıbov- 125” adlı kitab sərgisinə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar