Şəki MKS-nin İ.S.Nakam adına Mərkəzi kitabxanasında XX əsrin maarifçi- pedaqoqu, şair, nasir Ələşrəf Şayanın “Çəhrayı eynəkdən baxma həyata” kitabının təqdimatı keçirilib.
Kitabın tərtibçisi və “ön söz”ün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirin yazar haqqında ümumi məlumat verib. ADPU-nun Şəki filialının kafedra müdiri, professor Firədun İbrahimov, şair-publisist Ramiz Orsər, Əməkdar müəllim Ruhəngiz Abdullayeva, YAP Şəki şəhər təşkilatının aparıcı mütəxəssisi Kamil Məmmədov və başqaları çıxış edərək Ə.Şayan və kitabla bağlı fikirlərini bölüşüblər.
Tələbələr şairin şeirlərini səsləndiriblər. Sonda Ə.Şayanın qızı İradə Mehdiyeva atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar