Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" layihəsi çərçivəsində gənclərlə növbəti görüş keçirilib.
Tədbirdə şəhər Mədəniyyət və Turizm idarəsinin əməkdaşı Bəxtiyar Muradov, Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul çıxış ediblər. Muzeyin Şuşa filialının müdiri Səbinə Əzizovanın Gəncə, Qazax və Qarabağ qrupuna aid olan xalça nümunələri haqqında məruzəsi dinlənilib. "Xilas olunmuş eksponatlar" adlı nəşr də gənclərə təqdim olunub.
Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclərin Azərbaycan Xalça Muzeyinə ziyarəti təşkil olunacaq, onlara sertifikat təqdim ediləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar