Cəlilabad rayon Alar kənd kitabxana filialının binası əsaslı təmir və yenidənqurmadan sonra oxucuların istifadəsinə verilib. Bu məqsədlə oktyabrın 23-də təntənəli tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri, digər vəzifəli şəxslər, kənd ictimaiyyəti iştirak edib.
Təmirdən əvvəl kitabxananın sahəsi 16 kvadratmetrlik bir otaqdan ibarət olub. Yenidənqurmadan sonra isə kitabxananın 74 kvadratmetrlik üç otağı var. Kitabxananın inventar və avadanlıqları da tam şəkildə yenilənib.
Mərasimdə çıxış edənlər mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar