Ağsu. Rayon Mərkəzi kitabxanasında “Açıq kitabxana” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib. Gecədə klassik və müasir Azərbaycan şairlərinin yaradıcılığından bəhs olunub. Şeir kitabları çap olunan Mətləb Məmmədoğlu, Günel Şıxaliyeva, poeziya həvəskarları öz şeirlərini və klassik Azərbaycan şairlərinin əsərlərindən nümunələr söyləyib, öz yaradıcılıq planlarından söhbət açıblar. Sonda gənc yazarlar kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.
Ağcabədi. Rayondakı Heydər Əliyev Mərkəzi tərəfindən dövlət müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq Hindarx qəsəbə Uşaq musiqi məktəbində “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil edilib. Mərkəzin direktoru Məhsəti Musa Azərbaycanın müstəqillik yolundan söz açıb. Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin və dövlət müstəqilliyimizdən bəhs edən kitabların sərgisi nümayiş olunub.
Quba. MKS-nin Mərkəzi kitabxanası Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbində səyyar kitabxana xidməti təşkil edib. Tədbirdə “Azərbaycan ədəbiyyatı”, “Xarici ədəbiyyat” , “Səsli nağıllar”, “Uşaqların nağıl dünyası” və s. başlıqlar altında kitablar təqdim olunub.
Qusar. Rayon Mərkəzi kitabxanası tərəfindən Qusar Dövlət Rəsm Qalereyasında “Kitab oxuma günü” keçirilib. Kitabxana işçiləri tərəfindən təqdim olunan kitablar barədə geniş məlumat, kitabların seçilib oxunması üzrə məsləhətlər verilib. İştirakçılar daha geniş çeşiddə kitabların nümayiş olunduğu belə sərgilərin müntəzəm təşkilini arzulayıblar.
Zaqatala. Mərkəzi kitabxanada görkəmli dövlət xadimi, alim, akademik Vəli Axundovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbiri MKS-nin direktoru Gülniyar Məmmədova açıb. Kitabxanaçılar Yasəmən Məmmədova, Kifayət Şabanova, Məlahət Həmzəyeva, İndira Abdullayeva V.Axundovun həyat və fəaliyyəti barədə danışıblar.
Sabirabad. Mərkəzi kitabxananın Uşaq şöbəsi 1 və 3 saylı uşaq bağçası-körpələr evində səyyar kitabxana xidməti təşkil edib. Nağıl kitablarından, jurnallardan və uşaq ədəbiyyatlarından ibarət sərgi balacalar tərəfindən maraqla qarşılanıb. Baş kitabxanaçı Afət Babayeva uşaqlara nağıllar oxuyub.
Qazax. MKS-nin təşkilatçılığı ilə Orta Salahlı kənd kitabxana filialı kənddə yaşayan Axısxa türklərinin ahıllarına səyyar kitabxana xidməti göstərib. MKS-nin direktoru Solmaz Babanlı və direktor müavini Münəvvər Süleymanlı Türkiyə səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş 400 nüsxədən artıq türk dilində ədəbiyyatı ahıllara təqdim edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar