Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkirdə “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd şəmkirli gənclərin gələcəkdə Bakı Xoreoqrafiya Akademiyasında təhsilə cəlb edilməsidir.
İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə qeyd edib ki, Şəmkirdə incəsənətin müxtəlif növlərinin inkişafı sahəsində işlər görülür. Yeni yaradılan “Şəms” vokal qrupunun qısa zamanda qazandığı uğurlardan danışan M.Əlizadə yaxın vaxtlarda Şəmkirdə caz qrupunun da təqdimatının olacağını bildirib.
Bakı Xoreoqrafiya Akademiyasının musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə tədris prosesi haqqında geniş məlumat veriblər.
Qeyd olunub ki, cari tədris ilində akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib.
Akademiya üzvləri gələcəkdə Şəmkirdə milli musiqi və rəqs sənətinin təşviqinə dəstək olacaqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar