Oktyabrın 29-da Cəlilabad Dövlət Rəsm Qalereyasında eşitmə və danışma məhdudiyyətli 11 yaşlı Sinan Məmmədlinin əl işlərindən ibarət ilk fərdi sərgisi təşkil olunub.
Sərginin açılışında rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları, valideynlər və gənclər iştirak ediblər.
Əlliyədək rəsmin nümayiş etdirildiyi sərgi iştirakçıların marağına səbəb olub. Kiçik rəssam bu rəsmləri pastel və sulu boya ilə ərsəyə gətirib. Rəsmlərlə tanışlıqdan sonra Sinan Məmmədli diplomla mükafatlandırılıb.
Qeyd edək ki, Sinan Məmmədli qalereyada yaradılmış “Gələcəyin rəssamları” dərnəyinin üzvüdür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar