Lerik rayon Piran kənd klubunda müxtəlif kütləvi tədbirlərin keçirilməsi ənənə halını alıb. “Multikulturalizm ili” ilə bağlı təşkil olunan “Yaşa, var ol, Azərbaycanım” adlı ədəbi-bədii tədbir iştirakçıların marağına səbəb oldu.
Klub müdiri Məhərrəm Aslanov, ağsaqqal ziyalı Aydın Şükürov, kənd sakinləri Habil Əliyev, Nəzakət İbrahimova və başqaları çıxış etdilər. Bildirildi ki, Azərbaycan tarixən müxtəlif xalqların mehriban yaşadığı ölkə olub və bu gün tolerantlıq mühiti ilə dünyaya nümunədir.
Piran kənd məktəblilərinin ifasında “Hörmət görmək istəyən Azərbaycana gəlsin” adlı kompozisiya təqdim olundu.
* * *
Zəriküməco kənd sakinləri də yerli klubun xidmətindən razılıq edirlər. Mədəniyyət ocağında musiqili gecələr, adət-ənənələrimiz, vətənpərvərlik haqqında söhbətlər maraqla qarşılanır.
Klubda keçirilən növbəti tədbir “Narkotiklərə yox deyək” adlanırdı. Aparıcı İltifat Qafarov, Qışlaq kənd tibb məntəqəsinin müdiri, şair-publisist Rövşən İmanov, rayon İcra Hakimiyyəti Piran ərazisi üzrə nümayəndənin müavini Mahir Höccətov və digər çıxış edənlər bəşəri bəlanın fəsadlarından söz açdılar.
Zəriküməco məktəbliləri yazıçı Səyavuş Süleymanlının “Meyvəsiz bağ” əsəri əsasında səhnəcik göstərdilər.

Zəfər Orucoğlu
Lerik rayonu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar