Pre­zi­dent İl­ham Əli­yev de­kab­rın 26-da “Ba­kı Xo­reoq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın Ni­zam­na­mə­si”­nin təs­diq edil­mə­si haq­qın­da fər­man im­za­la­yıb. Sə­nəd­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti­nə mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rın bu fər­ma­na uy­ğun­laş­dı­rıl­ma­sı­nı üç ay müd­də­tin­də tə­min edib Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­mək, Ba­kı Xo­reoq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın fəa­liy­yə­ti­nin təş­ki­li ilə bağ­lı zə­ru­ri ma­liy­yə və mad­di-tex­ni­ki tə­mi­nat mə­sə­lə­lə­ri­ni həll et­mək tap­şı­rı­lıb.
Əd­liy­yə Na­zir­li­yi­nə mər­kə­zi ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın və nor­ma­tiv xa­rak­ter­li akt­la­rın bu fər­ma­na uy­ğun­laş­dı­rıl­ma­sı­nı tə­min et­mək, Ba­kı Xo­reoq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın döv­lət qey­diy­ya­tı­na alın­ma­sı­nı bir ay müd­də­tin­də tə­min et­mək tap­şı­rı­lıb.
Qeyd edək ki, Ba­kı Xo­reoq­ra­fi­ya Aka­de­mi­ya­sı Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2014-cü il 30 ap­rel ta­rix­li 419 nöm­rə­li sə­rən­ca­mı ilə ya­ra­dı­lıb. Ni­zam­na­mə­yə əsa­sən, aka­de­mi­ya ümu­mi, or­ta ix­ti­sas, ali və əla­və təh­sil proq­ram­la­rı­nı hə­ya­ta ke­çi­rən, klas­sik ba­let, dün­ya xalq və Azər­bay­can rəqs­lə­ri üz­rə ali təh­sil­li kadr­lar ha­zır­la­yan, fun­da­men­tal və tət­bi­qi el­mi təd­qi­qat­lar apa­ran döv­lət təh­sil komp­lek­si­dir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar