Prezident İlham Əliyev dekabrın 26-da “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənəddə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etmək, Bakı Xoreoqrafiya Akademiyasının dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etmək tapşırılıb.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 419 nömrəli sərəncamı ilə yaradılıb. Nizamnaməyə əsasən, akademiya ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarını həyata keçirən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksidir.