Badamdar Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Xalq Teatrında gürcü yazıçısı Nodar Dumbadzenin «Mən, nənəm, İliko və İllarion» povestinin motivləri əsasında hazırlanmış tamaşanın məşqləri gedir. Aprelin sonunda tamaşaçıların ixtiyarına veriləcək bu səhnə əsərinin quruluşçu rejissoru Anar, rejissoru Niyazi Qasımovdur. Teatrın bədii rəhbəri Fəridə verdiyi məlumata görə, rolları Zəka Məmmədov, Fidan Cabar, İlkin Babayev, Elmin Bədəlov, Niyazi Qasımov, Afaq Abbasova və b. ifa edəcəklər. Qeyd edək ki, 1993-cü ildən fəaliyyətə başlayan Xalq Teatrının ilk tamaşası Süleyman Rüstəmin «Çimnaz xanım yuxudadır» əsəri olub. Teatrda bu günə qədər Mirzə Ələkbər Sabirin «Dindirir əsr bizi», Şekspirin «Romeo və Cülyetta», Mirzə Fətəli Axundovun «Vəziri-xani Lənkəran», Elçinin «Qatil», Alixandro Kasanonun «Dan pərisi» və başqa əsərlər səhnələşdirilib.

  ELMİN