Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri türkdilli dövlətlərin teatrlarında səhnələşdiriləcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə danışıqlar aparılır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türkdilli dövlətlərin iştirakı ilə ötən ay keçirilmiş “Türk Dünyası Teatro Günləri” festivalında ölkəmizi təmsil edən teatrın bu tamaşanın Türkiyənin Karaman, Tarsus, Mersin və Ceyhan şəhərlərində uğurla nümayiş etdirildiyini bildirib.