Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alınaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq olunub. Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın ədəbiyyat paytaxtı" və Qax şəhəri "Azərbaycanın milli mətbəx paytaxtı" elan edilib.
Bu münasibətlə martın 5-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün “Xalq yaradıcılığı paytaxtları”nın təqdimat mərasimi keçiriləcək.