Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyət göstərən xanımlara fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı “Xalq artisti”, Əhədova Mətanət Məcnun qızı, Kazımzadə Elmina Mobil qızı, Musayeva Bella Sirac qızı, Mustafayeva Mehriban İsa qızı “Əməkdar müəllim”, Ağazadə Cəmilə Əyupovna “Əməkdar həkim”, Abbaslı Elmira Mikayıl qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Digər sərəncamla Abdullayeva Qalina Alekseyevna, Ablayeva Rəbiyə Cəmil qızı, Əsədova Qətibə Yəhya qızı, Hacıyeva Sevda Həbib qızı, Nurəliyeva Mənzərxanım Fikrət qızı “Tərəqqi” medalı ilə təltif olunub.