Mayın 14-də T.Şevçenko adına Ukrayna Milli Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası olacaq. Tanınmış türk şairi Nazim Hikmətin pyesi əsasında yaradılmış möhtəşəm əsər indiyədək dünyanın 65 ölkəsinin səhnəsində oynanılıb.
   Ukrayna Milli Akademik Opera və Balet Teatrının və Azərbaycanın Kiyevdəki səfirliyinin təşkilatçılığı ilə baş tutacaq premyera hələ 1967-ci ildə Azərbaycan bəstəkarı Arif Məlikovun bu əsərini Ukraynada populyarlaşdırmaq üçün çox iş görmüş görkəmli Ukrayna xoreoqrafı Anatoli Şekeranın (1935-2000) anadan olmasının 75-ci ildönümünə həsr olunub. “Məhəbbət əfsanəsi”nin budəfəki səhnə təcəssümü baletin bədii rəhbəri Viktor Yeremenkonun, Ukraynanın xalq artisti, quruluşçu dirijor Aleksey Baklanın, Ukraynanın xalq artisti, baletmeyster Eleonora Steblyakın, quruluşçu rəssam Tadey Rindzyak və başqalarının birgə səyi ilə ərsəyə gəlib.
   Əsas partiyaları xoreoqrafiya sahəsində A.F.Şekera adına mükafatın laureatları Yelena Filipyeva, Tatyana Qolikova, Maksim Çepik və başqaları ifa edəcəklər.
   Premyera ərəfəsində teatrda Azərbaycanın Kiyevdəki səfiri Tələt Əlİyevin, teatrın bədii rəhbəri Pyotr Çuprinin və başqalarının iştirakı ilə mətbuat konfransı olub.
   Qeyd olunub ki, premyeradan sonra “Məhəbbət əfsanəsi” teatrın repertuarında ayda iki dəfə yer alacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar