Mayın 1-də Dövlət Film Fondunda görkəmli kino və teatr aktyoru, Xalq artisti Muxtar Avşarovun (1914-2004) 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək tədbirin iştirakçıları sənətkarın yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olacaqlar. Gecədə Muxtar Avşarovun rol aldığı filmlərdən parçalar nümayiş olunacaq, sənət adamları aktyorla bağlı xatirələrini bölüşəcəklər.