Prezident İlham Əliyev mayın 6-da incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı 130 nəfər aparıcı incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.