Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalında iştirak ediblər. Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İran İslam Respublikası, İsveç, ABŞ, Fransa, Norveç, Hindistan, Mərakeş, Almaniya və Əfqanıstan sənətçilərinin iştirak etdiyi festivalda Azərbaycanı Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Qurban İsmayılov, Rasim Cəfərov, Günel Məmmədova və Əməkdar artist Dilarə Əliyeva təmsil ediblər. Teatr sənətçiləri xüsusi olaraq hazırladıqları “Xoşbəxt ailə” tamaşası ilə festivala qatılıblar. Əsərin müəllifi İsveç yazarı İoakin Prinne, quruluşçu-rejissoru İsveçdə yaşayan azərbaycanlı Həsən Təmənididir.
   Tamaşa İsveçdə yaşayan azərbaycanlılarla bərabər, digər əcnəbi tamaşaçıların da böyük marağına səbəb olub. Teatr səfərdə olarkən gələn ilin mart ayı üçün bir neçə ölkəyə yeni dəvət alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar