Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının rəqs kollektivi Türkiyənin İzmir şəhərinə dəvət alıb. Aprel ayında TRT-nin xətti ilə 33-cü dəfə düzənlənəcək Beynəlxalq Uşaq Festivalında Azərbaycanı Musiqili Komediya Teatrının balaca artistləri təmsil edəcəklər. Festivalda kollektivin 8 yaşdan 13 yaşa kimi solistləri iştirak edəcək. Studiyanın rəhbəri Əminə Musayeva bildirdi ki, balaca artistlər ötən illər də eyni məqsədlə Türkiyənin müxtəlif şəhərlərində olub. Təkcə 2010-cu ildə dünyanın müxtəlif ölkələrindən gələn uşaqlarla birgə azərbaycanlı uşaqlar da bayram günlərində Ankaraya gedərək, Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və hökumət rəsmiləri ilə görüşmüşdülər.
   
   G.Abdullayeva