Noyabrın 15-dən 20-dək paytaxtımızda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNIMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə “Cırtdan” III Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. UNIMA-nın saytında yer alan məlumatda bildirilir ki, festivalda iştirak üçün iyulun 1-dək müraciət etmək olar.
Festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq iki ildən bir təşkil edilir. İlk festival 2011-ci ildə gerçəkləşib.