Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafında xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Daxili Qoşunların Hərbi Orkestrinin bədii rəhbəri, müğənni Azərin (Tağıyeva Anaxanım Ehtibar qızı) “Xalq artisti” adına layiq görülüb.