Şuşa Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin «İki nəfər üçün oyun» tamaşasının məşqləri başlanıb. Əsərə quruluşu teatrın baş rejissoru Loğman Kərimov verir. Rejissor 2007-ci ildə teatrın səhnəsində E.Hüseynbəylinin «Hamının günahı» əsərini də tamaşaya qoyub.
Yeni səhnə əsərində rolları Püstəxanım Zeynalova və Nazir Rüstəmov ifa edirlər. Musiqi tərtibatçısı Azad Məmmədovdur. Tamaşada Bethoven, Motsart, Qarayev və Albinoninin musiqilərindən istifadə olunur. Tamaşanın səhnə tərtibatında Məryəm Ələkbərlinin rəsm əsərlərindən istifadə olunacaq.
Səhnə əsərinin iyunun sonunda təhvil verilməsi planlaşdırılır. Qeyd edək ki, sözügedən əsər 2004-cü ildə Dövlət Gənclər Teatrında da oynanılıb. Pyesin ilk rejissoru mərhum sənətkar Hüseynağa Atakişiyev olub.