![](/img/news/700x420/5045.jpg)
Teatrın baş rejissoru Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada hadisələr parlaq rolların ifaçısı olmuş aktyor Otellonun ailəsində baş verir. Maddi sıxıntılar nəticəsində vaxtı ilə ona şöhrət gətirmiş sənətinə xəyanət edən aktyor yeni iqtisadi münasibətlərin burulğanında nə qədər çapalasa da, çıxış yolunu tapa bilmir.
Tamaşada əsas rolları Rauf Ağakişiyev, Xatirə Süleymanova, Vaqif Səmədzadə, İlham Səfərli, Əsmər Qurbanova və Vüsal Mustafayev ifa edirlər.
Gülər