Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin “Romeo və Cülyetta» əsəri əsasında tamaşa hazırlanır. Dövlət sifarişi ilə hazırlanan tamaşada döyüş səhnələri və rəqslərə quruluş vermək üçün Rusiyanın Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf Sergey Qrisav Bakıya dəvət olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, hazırda tamaşa üzərində yaradıcılıq işləri aparılır.
   Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, bəstəkarı Firudin Allahverdidir. Əsas rollarda xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Kübra Dadaşova, Şövqi Hüseynov, Nofəl Vəliyev, Vahid Əliyev və digərləri çıxış edəcəklər.