“Yuğ” teatrında yeni tamaşa
   
   “Yuğ” Dövlət Teatrı cari teatr mövsümünü iyunun 25-də A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan “Birinci akt” tamaşası ilə bağlayacaq. Tamaşanın quruluşçu rejissoru mərhum sənətkar Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerifdir. Janrı futuroloji aksiya kimi müəyyənləşdirilən tamaşada Pyotr Çaykovskinin «İlin çağları» musiqisindən istifadə olunub.
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mövsüm iyunun 25-də bağlansa da, iyulun ortalarına qədər teatrda məşqlər davam edəcək. Həmçinin teatrda yeni tamaşalar üzərində məşqlər də davam etdirilir. Gənc rejissor Aytən Məmmədova Yudjin O Nilin «Qarağaclar altında məhəbbət» əsəri əsasında «Kölgə» adlı tamaşa hazırlayır. Tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir. Tamaşanın premyerası növbəti mövsümə nəzərdə tutulur. 

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar