Teatr mövsümünün sonuna az vaxt qalsa da, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcılıq işlərinin qaynar vaxtıdır. Teatrın kollektivi Lənkəran şəhərində keçirilən “Yeni teatr” II Respublika festivalında türk yazarı Tüncer Cücenoğlunun “Ziyarətçi” əsəri ilə iştirak edəcək.
   Teatr Xadimləri İttifaqının xətti ilə keçiriləcək “2+1” teatr festivalına da ciddi hazırlıq işləri gedir.
   Teatrda Xalq yazıçısı Elçinin “Qatil” psixoloji dramının tamaşası üzərində iş başa çatıb. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rəssam Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq namizədi Telman Qəniyevdir.
   Teatrda hazırlanan digər tamaşa Amerika yazıçısı Mark Tvenin “Şahzadə və dilənçi” əsəri əsasında hazırlanır. Bu tamaşanı hazırlamaq üçün teatr Ukraynanın Donetsk şəhərindən rejissor dəvət edib. Gənc rejissor Tatyana Sevçenkonun quruluş verdiyi tamaşada baş rolları Əsmər Qurbanova, Ceyhun Məhərrəmov və Yalçın Səlimov ifa edirlər. Tamaşanın iyulun ortalarında təhvil verilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar