Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin musiqiçiləri üçün aparıcı Avropa firmalarının istehsalı olan yeni simli musiqi alətləri alınıb.
   
   Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, orkestr üçün alınan musiqi alətləri “Mönnig”, “Shreiber”, “Karl Höfner”, “Gewa” (Almaniya), “Selmer” (Fransa), “Tomastic” (Avstriya) kimi firmaların istehsalıdır.
   Teatrın direktoru Akif Məlikov bildirib ki, yeni simli musiqi alətlərinin alınması hədsiz dərəcədə sevindiricidir: “Bu müasir və ən keyfiyyətli musiqi alətlərində ifa etmək hər bir musiqiçinin arzusudur. Opera və Balet Teatrının simfonik orkestrinin əsas yaradıcı kollektivlərdən biri olaraq mürəkkəb opera və balet tamaşalarını ifa etdiyini, vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş adlı-sanlı dirijorlarla çalışdığını və akademik musiqi sənətimizi xaricdə təmsil etdiyini nəzərə alsaq, orkestrin yeni, həm də yüksək keyfiyyətli musiqi alətləri ilə təmin edilməsini teatrın həyatında çox önəmli bir hadisə kimi qiymətləndirmək olar”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar