Tamaşa iyul ayında təhvil veriləcək
   
   Teatr mövsümünün sona yaxınlaşmasına baxmayaraq, Akademik Milli Dram Teatrı yaradıcı işlərini davam etdirir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcı heyət Eduardo de Filipponun «Kabuslar» əsəri əsasında tamaşa hazırlayır. Tamaşanın janrı iki hissəli mistik tragikomediya kimi müəyyən olunub. Səhnə əsərinin quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rəqslərə Sənan Hüseynli, səhnə tryuklarına isə İsa Əsədov quruluş verib. Pyesi Azərbaycan dilinə Nicat Kazımov tərcümə edib.
   Rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Şükufə Yusupova, əməkdar artistlər Ayşad Məmmədov, Münəvvər Əliyeva, Məsmə Aslanqızı, Cəfər Əhmədov, Pərviz Bağırov, Sevinc Əliyeva və digərləri ifa edirlər. Tamaşanın premyerası iyul aynın birinci yarısına nəzərdə tutulub.    

  Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar