Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 102-ci teatr mövsümünü başa vurdu. Teatr mövsümün son tamaşası olaraq italyan bəstəkarı Pyetro Maskaninin «Kənd namusu» operasının premyerasını keçirib. Tamaşada Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, xarici ölkə səfirliklərinin nümayəndələri, musiqi xadimləri və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, səhnə əsərinə tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyak quruluş verib. Tamaşada əsas partiyaları Xalq artisti Qərinə Kərimova (Santutsa), əməkdar artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), solistlər Səbinə Vahabzadə (Luçia) və Səbinə Əsədova (Lola) ifa edib.
   Tamaşada iştirak edən Xalq artisti, professor Musa Mirzəyev operanın mürəkkəbliyindən danışaraq, yaradıcı kollektivin işin öhdəsindən layiqincə gəldiyini bildirib: «Gözəl bir premyera keçdi. «Kənd namusu» populyar olmaqla bərabər, solistlər, orkestr və xor üçün öz ifasına görə mürəkkəb bir operadır. Yaradıcı kollektivin bu vəzifəni inamla yerinə yetirməsi bütünlükdə Opera və Balet Teatrının yüksək professional səviyyəsinin sübutudur. Rejissor işini xüsusi vurğulamaq istərdim. Səhnələr, artistlərin səhnədə hərəkəti məntiqi cəhətdən çox düzgün qurulub”.
   Qeyd edək ki, «Kənd namusu» dünya opera sənətinin ən dəyərli nümunələrindən biridir. Bu opera artıq bir əsrdən artıqdır ki, dünyanın aparıcı opera və balet teatrlarının repertuarında yer tutur.
   
   G.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar