Xalq artisti Fuad Poladov Milli Dram Teatrının səhnəsində
   
   Bu günlərdə Xalq artisti Fuad Poladov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında növbəti məşqlərinə başlayacaq. Aktyor görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan tamaşada baş rolu - Həsənzadəni canlandıracaq. Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətin quruluş verəcəyi tamaşada F.Poladovun tərəf-müqabili Nargilə rolunu isə aktrisa Məsmə Aslanqızı ifa edəcək. “Sən həmişə mənimləsən” əsəri sentyabrda, yeni teatr mövsümündə tamaşaçılara təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar