![](/img/news/700x420/6254.jpg)
Festival çərçivəsində Mersin, İstanbul və Şimali Kiprin Girnə şəhərlərində çıxış edən İ.Əfəndiyeva C.Verdinin “Traviata” operasından Violettanın və C.Puççininin “Madam Batterflay” operasından Çio-Çio-Sanın ariyalarını yüksək professionallıqla oxuyub.
Gənc solist yeni teatr mövsümündə Samsun Opera və Balet Teatrında Puççininin “Boqema” operasında çıxış etmək üçün dəvət alıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov İ.Əfəndiyevanın çıxışını yüksək qiymətləndirib və onu Abdulla Tukay ili çərçivəsində TÜRKSOY xətti ilə keçiriləcək festivala dəvət edəcəklərini bildirib.