Teatr Xadimləri İttifaqında gənc dramaturqlar üçün ustad dərsləri keçirilib
   
   Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə “Axundzadə dərsləri” adlı yeni layihənin icrasına başlanılıb. Bu münasibətlə iyulun 11-də ATXİ-də gənc dramaturqlara ustad dərsləri keçirilib.
   
   ATXİ-nin məsul katibi Kəmalə Cəfərzadə tədbiri açaraq təmsil olunduğu qurumun fəaliyyəti və layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində hər gün peşəkar dramaturq və sənət adamlarından biri gənc yazıçılara mühazirə oxuyacaq. Həmçinin yaradıcı gənclərin əsərlərinin seçimi aparılacaq. Məqsəd 2012-ci ildə 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banısı Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb, teatrlardan birinin repertuarına daxil etməkdir.
   Sonra tanınmış dramaturq Əli Əmirlinin “Dramatik hadisələr və onların inkişaf xətti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafında M.F.Axundzadənin rolundan, bədii yaradıcılığın ən mürəkkəb növü olan dram əsərlərinin qayda-qanunlarından bəhs edib. O, səhnə əsərlərinin yazılmasında süjet qurmağın, həyati hadisələri dramatik hadisələrə çevirməyin yolları barədə danışıb və öz təcrübəsinə əsasən gənc yazarlara tövsiyələrini verib. Məruzəçi vurğulayıb ki, teatrı sevmədən dramaturq olmaq mümkün deyil. Bədii ədəbiyyatın bu janrının sehrinə düşmək üçün müxtəlif səviyyəli dram əsərləri oxumaq və teatr tamaşalarına baxmaq lazımdır.
   Tədbirdə gənc yazıçıların kiçik həcmli pyeslərindən parçalar oxunmuş və onların sualları cavablandırılmışdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar