Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq.
Balet dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq musiqi festivalı çərçivəsində Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppasının ifasında təqdim ediləcək.
Baletdə həyat və ölümdən, sevgi, dostluq və satqınlıqdan söhbət açılır. “Eşq və ölüm” baletinin süjeti UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanır. Əsərin baş qəhrəmanları Azər və Baycanın faciəli eşqi Azərbaycan dövlətinin adını təcəssüm etdirir.