Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskvada V Beynəlxalq Yay Teatr Məktəbi keçirilib. Layihədə iştirak etmək üçün Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva (Şəlalə Şahvələdqızı) və «Can as» studiyasından Mahir Cananov (Sumqayıt) dəvət olunublar.
   Milli Dram Teatrından verilən məlumata görə, yay məktəbində müxtəlif ölkələrdən 85 gənc aktyor iştirak edib. Bir ay ərzində iştirakçılar Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq səviyyələrini yüksəldiblər. Layihə çərçivəsində Aleksandr Kalyagin, Lev Dodin, Adolf Şapiro, Andrey Moquçiy, Sergey Jenovaç, Andrey Xrjanovski, Konstantin Boqomolov kimi görkəmli teatr xadimləri gənc aktyorlara ustad dərsləri keçiblər.
   Layihə çərçivəsində 4 tamaşa hazırlanıb. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serpuxov teatr meydanlarında nümayiş olunub.
   Qeyd edək ki, Ş.Quliyeva 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrda «Ah, Paris…Paris» (Gülbəniz), «Özümüzü kəsən qılınc» (Mələk), «Mənim sevimli dəlim» (Şəfqət bacısı), «Brüsseldən məktublar» (Pianoçu) və s. tamaşalarda çıxış edib.
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar