Bu ilin noyabrında Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq kukla teatrı festivalı keçiriləcək. Festival "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na əsasən, UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə gerçəkləşəcək.
   Noyabr ayının 1-dən 6-dək keçiriləcək festivala hazırlıq işləri davam edir. Rumıniya, Gürcüstan, Ukrayna, Estoniya, Türkiyə, Mərakeş, Misir, İordaniya, Bolqarıstan və digər ölkələr daxil olmaqla ümumilikdə 25-dək ölkəyə dəvət göndərilib. A.Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin verdiyi məlumata görə, həmin ölkələr artıq təqdim edəcəkləri tamaşaların yer aldığı diskləri göndəriblər və təşkilat komitəsi tərəfindən tamaşaların seçimi aparılır.
   Festivalda Azərbaycan tərəfindən Kamran Şahmərdanın «Ağ və Qara» pyesi əsasında özünün quruluş verdiyi eyniadlı tamaşa, Nizami Gəncəvinin «Xeyir və Şər» əsəri əsasında Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluş verdiyi eyniadlı tamaşa və Qax Dövlət Kukla Teatrının «Turp» tamaşası təqdim olunacaq.
   R.Əhmədzadə onu da bildirib ki, Dövlət Kukla Teatrının Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunmasına dair razılıq əldə olunub.  

 Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar