Belarusda keçiriləcək Beynəlxalq teatr festivalında Azərbaycan Dövlət Rus Dram Teatrı da iştirak edəcək
Sentyabrın 9-dan 11-dək Belarusun Brest şəhərində “Vremya lyubit!” (“Sevmək vaxtıdır!”) devizi altında 16-cı “Belaya Veja - 2011” Beynəlxalq teatr festivalı keçiriləcək. Ölkəmizi bu tədbirdə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi təmsil edəcək.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, kollektiv festivalda Xalq yazıçısı Elçinin “Ulduz, sevgi və şərab” əsəri əsasında rejissor, Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa ilə çıxış edəcək.
Qeyd edək ki, 1996-cı ildən hər il Brest şəhərində keçirilən bu festival müxtəlif dünya ölkələrinin milli teatr sənətini nümayiş etdirmək məqsədilə təşkil olunur. 15 ildə festivalda teatr sənətinin müxtəlif janrlarını və üslublarını təmsil edən 53 ölkənin yaradıcı kollektivləri iştirak etmişlər.