Prezident İlham Əliyev sentyabrın 14-də bəstəkar, Xalq artisti Mir Faiq Miri oğlu Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub.
Dövlət başçısı həmçinin bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Rafiq Seyidzadə Əməkdar incəsənət xadimi adına, 21 nəfər Əməkdar artist, 3 nəfər Əməkdar müəllim və 5 nəfər Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb.