Filarmoniyada estrada simfonik orkestri yaradılır
   
   Naxçıvan Dövlət Filarmoniyasında estrada simfonik orkestrinin yaradılması istiqamətində işlər davam edir. Filarmoniyanın direktoru, Azərbaycanın Əməkdar artisti Elman Əliyev bildirib ki, estrada simfonik orkestrinin yaradılmasında məqsəd muxtar respublikada estrada və caz janrının inkişafına nail olmaq, istedadlı gənc müğənni və musiqiçilər yetişdirməkdir.
   Hazırda Tofiq Quliyevin “Zibeydə” mahnısı, Nizami Məmmədovun “Fantaziya”sı orkestr üçün hazırlanır. Bundan başqa, filarmoniyada Üzeyir Hacıbəylinin “Koroğlu” operasının parçaları üzərində məşqlər gedir. Koroğlu və Nigar obrazlarını Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva ifa edəcəklər.
   Direktorun sözlərinə görə, filarmoniyanın kollektivi bundan əvvəl də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar hazırlayaraq teatrsevərlərə təqdim edib. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar