Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 102-ci teatr mövsümünü sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə açacaq. Teatrın mətbuat xidmətindən bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterləri Zakir və Leyla Agayevlər, xormeysteri isə Vaqif Məstanovdur.
   Səhnə əsərində rolları xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, İlham Əhmədov, Əməkdar artist Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Əliməmməd Novruzov, Ağaxan Şərifov və Hüseyn Əlili ifa edəcəklər.
   Tamaşa Dənizçilərin Mədəniyyət Evində nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar