Teatrda yeni səhnə əsərlərinin də məşqi gedir
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır. Teatr mövsümü sentyabrın 15-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin «Hökmdar və qızı» əsəri əsasında hazırlanmış «Qarabağnamə» tamaşası ilə açacaq. Teatrdan verilən məlumata görə, tamaşanın nümayişi iki gün olacaq.
   
   Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşanın rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rolları İlham Əsgərov, Kazım Abdullayev, Məsmə Aslanqızı, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Vəfa Rzayeva və başqaları ifa edir.
   Qeyd edək ki, bu ay teatrda həmçinin «Kabuslar», «Qatar altına atılan qadın», «Xəcalət» tamaşaları da təqdim olunacaq.
   Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşalar da hazırlanır. Türk yazıçısı Sadıq Şendilin «Qanlı Nigar» pyesinin məşqləri gedir. Tamaşanın rejissoru Namiq Ağayevdir. Baş rolda Firəngiz Mütəllimova çıxış edəcək. Səhnə əsərinin premyerası oktyabrda olacaq.
   Teatrda İlyas Əfəndiyevin «Boyçiçəyi» («Sən həmişə mənimləsən») pyesinin məşqləri də gedir. Azərpaşa Nemətovun quruluş verdiyi tamaşada Həsənzadə rolunda Fuad Poladov çıxış edəcək.
   Milli Dram Teatrında tamaşaçıları başqa premyeralar da gözləyir. Viktor Hüqonun «Mariya Tüdor» əsəri əsasında «Qadın məhəbbəti» tamaşasına Gəncə Dövlət Dram Teatrından dəvət olunmuş Gümrah Ömər quruluş verir. Baş rolda Məleykə Əsədova oynayacaq.
   Gürcü dramaturqu Avksenti Saqarelinin «Xanuma» pyesi isə Milli Dram Teatrında «Yengələr» adı ilə səhnəyə gətiriləcək. Xatırladaq ki, əsər bir qədər əvvəl Musiqili Komediya Teatrında səhnəyə qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar