Gürcüstan paytaxtında fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrı yeni tamaşa hazırlayır. Bu, Xalq yazıçısı Elçinin “Qatil” dramı əsasında hazırlanan səhnə əsəridir. Artıq tamaşanın məşqləri başlanıb. Tamaşanın quruluşçu rejissoru Namiq Valehoğludur. Rejissor bu əsərlə Gürcüstanda Azərbaycan dilli teatr mövsümünün açılacağını bildirib: “Bu, maraqlı bir əsərdir. Gənclərimiz rolları daha canlı və maraqlı oynamaq üçün ciddi çalışırlar. Əsərin təqdimatı sentyabrın axırında olacaq. Tamaşaya Gürcüstanın dövlət strukturlarından, Azərbaycanın Gürcüstandakı səfirliyindən, şirkətlərdən, soydaşlarımızın kompakt yaşadığı bölgələrdən tamaşaçılar dəvət edəcəyik”.
   Əsər Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilatçısı Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişaf Mərkəzidir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar