Dövlət Musiqili Komediya Teatrının kollektivi Xaçmaza qastrola gedəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv sentyabrın 18-də Milli Musiqi Günü münasibəti ilə Xaçmaz şəhərində musiqi bayramında çıxış edəcək. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”ndə vaxtilə Musiqili Komediya Teatrında çalışmış gülüş ustaları - xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev və Hacıbaba Bağırovun abidələri ziyarət olunacaq. Axşam isə teatrın tanınmış aktyorlarının ifasında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası təqdim ediləcək.
   Sentyabrın 19-da teatrın heyəti “Ər və arvad” tamaşası ilə Şabran şəhəri Mədəniyyət evində də çıxış etməyi planlaşdırır. Tamaşadakı əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova və başqaları çıxış edəcəklər. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam Eldar Qurbanov, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar