M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı sentyabrın 14-də yeni mövsümü açıb. Teatrın direktoru Xalq artisti Yasəmən Ramazanova bildirib ki, mövsümün ilk tamaşası olaraq Zaur Vedilinin “Şahzadə və Bəndalı” nağılının motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Direktor onu da qeyd edib ki, sentyabrın 14-də həmçinin teatrın 22 yaşı tamam olub. 1989-cu ildən uğurla fəaliyyət göstərən Naxçıvan Kukla Teatrı bu mövsümdə də balaca tamaşaçılarını yeni tamaşalarla sevindirəcək.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı mövsümü sentyabrın 20-də Mirzə Fətəli Axundovun "Hekayəti xırs-quldurbasan" tamaşası ilə açacaq.
Naxçıvan Uşaq Teatrı isə oktyabrın əvvəllərində açılacaq yeni mövsümdə ilk tamaşa olaraq ssenari müəllifi və quruluşçu rejissoru Vüsal Rzayev olan “Ata məhəbbəti” tamaşasını təqdim edəcək.
Ceyhun