Sentyabrın 11-dən 18-dək Ukraynanın Simferopol şəhərində “Teatr. Çexov. Yalta-2011” devizi altında IV Beynəlxalq teatr festivalı keçirilib. Festivalda ölkəmizi təmsil etmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi festivalın laureatı adını qazanıb. 11 ölkənin teatr kollektivlərinin iştirak etdikləri festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin çıxışı böyük əks-səda doğurub. Teatrın aktyorları festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ faciəsinin əks olunduğu “Xəcalət” pyesi əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı təqdim ediblər. Aktyorların ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   Pyesdə Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ön plana çəkilib.
   Festivalın rəsmi saytında “Xəcalət” tamaşası haqqında şərhlər verilib, o, “müasir dünyanın reallıqları ilə səsləşən” əsər kimi qiymətləndirilib.
   Tamaşada baş rollarda xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Əməkdar artist Mətanət Atakişiyeva və başqaları iştirak ediblər. Tamaşanın rejissoru Bəhrəm Osmanovdur.
   Festivalın mükafatı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova təqdim edilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar